AZ

Ermənistan dəmir yollarında Rusiya idarəçiliyinin üçüncü bir ölkəyə verilməsini istəyir

"İrəvan regional nəqliyyat layihələrinin həyata keçirilməsində problemlərin qarşısını almaq üçün Rusiyaya Ermənistan dəmir yolunun idarəsini üçüncü bir ölkəyə güzəşt etmək təklifini verə bilər".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O, həm Ermənistan, həm də Rusiya ilə yaxşı münasibətlər saxlayan ölkələr kimi mümkün namizədlər arasında Qazaxıstan, BƏƏ və Qətərin adını çəkib.

Paşinyanın sözlərinə görə, Ermənistan dəmir yollarının Rusiya tərəfindən idarə olunması səbəbindən strateji və rəqabət üstünlüklərini itirir. O, Rusiyaya qarşı hərəkət etmək niyyətinin olmadığını, lakin məsələnin proses "dəqiqləşdikcə" müzakirə edilməli olduğunu vurğulayıb.

Seçilən
5
unikal.az

1Mənbələr