AZ

Masazırda kanalizasiya suları küçəyə axır – Sakinlər ÇARƏSİZDİRVİDEO

Küçə boyu axan kanalizasiya suları... Aylardır dərdlərinə çarə tapa bilməyən sakinlər...

Xezerxeber.az-ın xəbərinə görə, görüntülər Abşeronun Masazır qəsəbəsi, Bəhruz Kəngərli küçəsindəndir. Kanalizasiya sularının küçə boyu axması sakinlərin ciddi narahatlığına səbəb olub.

Sakinlərin sözlərinə görə, ərazidə kanalizasiya xətləri dolduğundan çirkab sular daşaraq küçəyə axır. Hətta, bəzi evlərin həyətlərinə qədər dolur. Ətrafa yayılan xoşagəlməz qoxu və sanitar vəziyyətin pisləşməsi sakinləri çətin vəziyyətdə qoyub.

Məsələ ilə bağlı Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, sakinlərin şikayəti tam araşdırılıb, ərazidə yaranmış nasazlıq aradan qaldırılıb.

O da qeyd edildi ki, sakinlər bərk cisimləri və məişət tullantılarını kanalizasiya şəbəkəsinə atmamalıdırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
128
xezerxeber.az

1Mənbələr