AZ

Paşinyan Putinə qarşı çıxdı: Karapetyan baş nazir ola bilməz

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Nikol Paşinyan bildirib ki, “Güclü Ermənistan” partiyasının irəli sürdüyü namizəd Samvel Karapetyan ölkənin baş naziri vəzifəsinə namizədliyini irəli sürə bilməz.

Globalinfo.az xəbır verir ki, baş nazirin sözlərinə görə, Ermənistan qanunvericiliyi və Konstitusiyası ikili və ya çoxsaylı vətəndaşlığı olan şəxslərin nə deputat, nə də baş nazir postunu tutmasına icazə verir.

Paşinyan qeyd edib ki, Karapetyan Ermənistanla yanaşı Rusiya və Kipr vətəndaşlığına da malikdir. Bu səbəbdən onun ali dövlət vəzifələrinə seçkilərdə iştirakı hüquqi baxımdan mümkün deyil.

Baş nazir vurğulayıb ki, ölkədə dövlət vəzifələrinə namizədlərlə bağlı tələblər Konstitusiya ilə dəqiq müəyyənləşdirilib və bu qaydalar bütün siyasi qüvvələr üçün eyni şəkildə tətbiq olunur.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
globalinfo.az

1Mənbələr