AZ

"Gənclik Mall"ın ətrafı tam dəyişəcək — AÇIQLAMA

Ajans.az bildirir ki, problem ilə bağlı nəqliyyat eksperti Yasin Mustafayev Demokrat.az-a bildirib ki, Gənclik metrosunun qarşısında zolaqların sayı kifayət qədər çoxdur: "Lakin problem zolaq çoxluğundan qaynaqlanmır. Əsas sıxlıq "Gənclik Mall" istiqamətinə dönən nəqliyyat vasitələrinin yaratdığı yüklənmə ilə bağlıdır. Bu istiqamətə sağa dönən avtomobillər həm işıqfora, həm də piyada keçidinə görə dayanmalı olur. Nəticədə həmin nöqtədə ləngimə yaranır. Dönən avtomobillərin sayı çox olduğundan bu ləngimə qısa vaxtda yığılıb tıxaca çevrilir. Arxa hissədə zolaqların çox olmasına baxmayaraq, tıxac bütün zolaqlara yayılır". O deyib ki, məhz hərəkətin bu nöqtədə dayanması və axının kəsilməsi ilə bağlıdır:

"Bu səbəbdən ərazidə hərəkətin təşkili ilə bağlı müəyyən təkliflər hazırlanıb. Yeraltı parkinqə girişin daha rahat təşkili və dönüş trayektoriyasının dəyişdirilməsi ilə bağlı variantlar müzakirə olunub.Bu dəyişikliklər tətbiq edilərsə, həmin nöqtədə yaranan sıxlığın əhəmiyyətli dərəcədə azalacağı gözlənilir. Hazırkı vəziyyətdə isə bu sahədə tıxac günün əksər saatlarında müşahidə olunur".

Seçilən
21
8
Ajans.az

9Mənbələr