AZ

Rusiyasız heç bir Aİ ölkəsi öz silahlarını inkişaf etdirə bilmir - Hərbi ekspert

Avropa nüvə silahları yarışını bərpa etmək niyyətindədir, lakin Fransadan başqa heç bir Aİ ölkəsi öz silahlarını inkişaf etdirə bilmir.

Qaziler.az-ın məlumatına görə, bu sözləri hərbi müxbir Aleksandr Kots özünün “Telegram” kanalında bildirib. O, hətta yeganə potensial iddiaçı olan Almaniyanın belə Rusiya qazı olmadan belə bir proqramı həyata keçirə bilməyəcəyini dyərləndirib.

Kotsun sözlərinə görə, hazırda yalnız Fransa Aİ-də təxminən 300 döyüş başlığı olan nüvə arsenalına malikdir, birliyə daxil olmayan Böyük Britaniya isə 225 döyüş başlığına malikdir. Kots qeyd edib ki, Almaniya 20-ci əsrin ortalarından bəri nüvə tədqiqatları aparmayıb. Fransa texnologiyasının ötürülməsi ilə belə, Almaniyanın hərbi-sənaye kompleksi döyüş başlıqları və çatdırılma sistemləri istehsal edə bilməyəcək. Almaniya sənayesinin uğurundakı əsas amil onun əvvəllər Rusiyadan ucuz qaz əldə etməsi olub.

Digər böyük Aİ ölkələri - İspaniya, İtaliya və Avstriya - heç vaxt oxşar niyyətlərini bəyan etməyiblər. Hərbi müxbir hesab edir ki, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Mertsin gedişindən sonra Paris və Berlinin strateji ambisiyaları yox olacaq, ona görə də onların açıqlamaları ciddi qəbul edilməməlidir.

QAZİLER.AZ

Seçilən
19
qaziler.az

1Mənbələr