AZ

Xosep Qvardiola Bernardo Silvanın klubda qalıb qalmayacağını bilmir

ain.az, sport24.az portalına istinadən məlumat yayır.

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola yarımmüdafiəçi Bernardo Silvanın gələcəyi ilə bağlı suala cavab verib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial media hesabında paylaşım edib:

"Bernardo Silvanın gələcəyi? Heç bir məlumatım yoxdur... Düzünü desəm, Silvaya dedim ki, qərar verəndə mənə bildir. Hələ ki, bu yöndə mənə heç bir informasiya verilməyib".

Bir müddət əvvəl mediada mediada portuqaliyalı yarımmüdafiəçinin cari mövsümün sonunda "Barselona"ya keçəcəyi ilə bağlı xəbərlər yayılıb. 

Qeyd edək ki, Silva 2017-ci ildən "Mançester Siti"də oynayır. Bu müddət ərzində yarımmüdafiəçi bütün turnirlərdə 442 oyunda meydana çıxıb, 74 qol vurub və 78 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. "Transfermarkt" portalı onun bazar dəyərinin 27 milyon avro olduğunu göstərib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
sport24.az

1Mənbələr