GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İsrail ordusu Suriyanın cənubundakı Əl-Quneytra vilayətinin bəzi yaşayış məntəqələrinə daxil olaraq ərazidə təmizləmə əməliyyatı həyata keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Al Mayadeen telekanalı məlumat yayıb.
Bildirilir ki, hərbçilər zirehli texnika ilə Ayn-Zeyvan və Cəbata əl-Xaşəb kəndlərinə daxil olub. Aparılan axtarışlar zamanı radikal qruplaşmalarla əlaqədə şübhəli bilinən bir neçə nəfər saxlanılıb.
Məlumata görə, əməliyyat zamanı İsrail qüvvələri bir neçə dəfə xəbərdarlıq məqsədilə atəş açıb. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.
Qeyd edək ki, fevralın 12-də İsrail kommandolarından ibarət dəstə 15 zirehli maşınla Əl-Quneytranın cənubundakı Ufaniya qəsəbəsini mühasirəyə almış, keçirilən axtarışlardan sonra üç Suriya vətəndaşı saxlanılmışdı.
Əliyar Xəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.