AZ

Fransa yüksək intensivlikli münaqişəyə hazırlıq çağırışı edib

Avropa yüksək intensivlikli münaqişəyə hazır olmalıdır.

Qaziler.az-ın məlumatına görə, bunu Fransanın müdafiə naziri Katrin Votren “Euronews” kanalının efirində bildirib.

O, Fransa hakimiyyətinin Rusiya ilə münaqişə ehtimalı ilə bağlı suala bu şəkildə cavab verib.

“Avropada [silahlı] münaqişə baş verdikdə, yüksək intensivlikli münaqişəyə hazırlaşmalı olduğumuzu deməliyik. Belə bir münaqişədən qaçmağın ən yaxşı yolu ona hazırlaşmaqdır”, - Votren bildirib.

QAZİLER.AZ

Seçilən
16
qaziler.az

1Mənbələr