AZ

Türkiyə və Ermənistan razılığa gəldilər

Türkiyə və Ermənistan birbaşa quru yolu ilə yük daşımalarına başlamaq barədə razılığa gəliblər.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin T24 nəşri məlumat yayıb. 

Məlumata görə, yük artıq bütün marşrut boyunca ilkin ixrac statusunu saxlayacaq. Bu qərar ölkələr arasında münasibətlərin normallaşdırılması çərçivəsində qəbul edilib. Artıq birbaşa hava yolu ilə yük daşımalarına başlanılıb.

Türkiyə-Ermənistan Biznes İnkişaf Şurasının sədr müavini Noyan Soyak qeyd edib ki, texniki hazırlıqlar əvvəlcədən görülüb və yeni tənzimləmə türk şirkətlərinə xərcləri 10-15% azaltmağa imkan verəcək.

Əvvəllər daşımalar Gürcüstanda vasitəçilər vasitəsilə həyata keçirilir və "təkrar ixrac" kimi qeydiyyata alınırdı.

Seçilən
6
unikal.az

1Mənbələr