AZ

“Barselona” Adnan Əhmədzadənin gətirdiyi qapıçını icarəyə verdi - FOTO

“Barselona” Azərbaycanın U-21 millisinin sabiq qapıçısı Eldar Tağızadəni icarəyə göndərib.

Sportinfo.az xəbər verir ki, “Barsa”nın ikinci komandasında forma geyinmiş 22 yaşlı kiper karyerasını Sloveniyada - “Bistritsa”da davam etdirəcək.

Onun aşağı liqa klubu ilə icarə müqaviləsi mövsümün sonuna qədərdir.

Tağızadə artıq yeni komandasının məşqlərinə qoşulub.

O, 1 il öncə Adnan Əhmədzadə tərəfindən “Barselona”ya aparılıb.

Hazırda həbsdə olan iş adamı həmin vaxt şəxsi əlaqələrindən istifadə edərək, dostu Elxan Tağızadənin oğlunu Kataloniya klubuna yerləşdirib.

Seçilən
29
sportinfo.az

1Mənbələr