“Barselona” Azərbaycanın U-21 millisinin sabiq qapıçısı Eldar Tağızadəni icarəyə göndərib.
Sportinfo.az xəbər verir ki, “Barsa”nın ikinci komandasında forma geyinmiş 22 yaşlı kiper karyerasını Sloveniyada - “Bistritsa”da davam etdirəcək.
Onun aşağı liqa klubu ilə icarə müqaviləsi mövsümün sonuna qədərdir.
Tağızadə artıq yeni komandasının məşqlərinə qoşulub.
O, 1 il öncə Adnan Əhmədzadə tərəfindən “Barselona”ya aparılıb.
Hazırda həbsdə olan iş adamı həmin vaxt şəxsi əlaqələrindən istifadə edərək, dostu Elxan Tağızadənin oğlunu Kataloniya klubuna yerləşdirib.