AZ

116 işıq ili uzaqlıqda imkansız kəşf: Bütün qaydalar pozuldu

ain.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Astronomlar Yer kürəsindən təxminən 116 işıq ili uzaqlıqda, planetlərin əmələ gəlməsi nəzəriyyələrini kökündən sarsıda biləcək qeyri-adu bir sistem kəşf ediblər. 

Qaynarinfo xəbər verir ki, NASA və Avropa Kosmik Agentliyi (ESA) teleskopları ilə araşdırılan LHS 1903 sistemi adət olunmuş sıralamanın əksinə quruluşu ilə elmi dairələrdə böyük maraq doğurub. Burada hər şey Günəş sistemimizdəki proseslərlə ziddiyyət təşkil edir.

Adət olunmuş düzəni pozan quruluş

LHS 1903 sistemində kainatın ən yayğın ulduz növü olan qırmızı cücə ətrafında dövr edən dörd planet olduqca qəribə bir sıralamaya malikdir. Günəş sistemimizdə Merkuri, Venera, Yer və Mars kimi qayalı planetlər ulduza yaxın, Yupiter və Saturn kimi qaz nəhəngləri isə daha uzaqda yerləşir. Lakin LHS 1903-də ən içəridəki planet qayalı, növbəti ikisi qaz nəhəngi, ən xaricdəki isə gözlənilməz şəkildə yenidən qayalıdır.

Planetlərin əmələ gəlməsi paradiqmasına görə, gənc bir ulduzun ətrafındakı toz və qaz diskinin mərkəzə yaxın hissələrində temperatur çox yüksəkdir. Bu bölgələrdə su və karbon qazı kimi uçucu birləşmələr buxarlanır, yalnız dəmir və qayalı minerallar kimi yüksək temperaturda dayanıqlı maddələr topalaşır. Buna görə ulduza yaxın bölgələrdə adətən qayalı planetlər yaranır. Ulduzdan uzaqlaşdıqca isə "qar xətti” adlanan sərhədin o tərəflərində temperatur su və digər birləşmələrin buz kristallarına çevrilməsinə imkan verir. Bu vəziyyət planet nüvələrinin sürətlə böyüməsini təmin edir. Nüvə kütləsi Yer kürəsinin təxminən 10 qatına çatdıqda, cazibə qüvvəsi ətrafdakı hidrogen və helium qazını çəkərək Yupiter tipli nəhəng qaz planetlərinin əmələ gəlməsinə səbəb olur.

LHS 1903 e: niyə oradadır?

Sistemin ən xaricdəki planet olan LHS 1903 e, Yer kürəsinin təxminən 1,7 qat yarıradiusa malik bir "Super Yer”dir. Uorvik Universitetindən Dr. Tomas Uilson və komandası "Science" jurnalında yayımladıqları işdə, bu planetin niyə orada olduğu sualına cavab axtarır. Uilson bildirib:

"Biz düşünürük ki, bu planetlər çox fərqli mühitlərdə formalaşıblar və sistemi unikal edən də budur. Orta hissədəki iki planetlə müqayisədə daha qayalı olan bu xarici planet, standart əmələ gəlmə nəzəriyyəsinə görə olmamalı idi. Ancaq bizim fikrimizcə, o, digər planetlərdən daha sonra formalaşıb".

Tədqiqatçılar bu quruluşun nəhəng bir toqquşma nəticəsində atmosferini itirmiş qaz planetinin qalıqları olub-olmadığını yoxlayıblar: lakin dinamik analizlər bu ehtimalı istisna edib. Alimlərin nəticəsi "qazdan məhrum” (gas-depleted) bir əmələ gəlmə mexanizmini göstərir. Bu ssenariyə görə, planetlər bizim sistemimizin əksinə olaraq içdən xaricə doğru formalaşıblar. Ən xaricdəki planet formalaşmağa başladıqda diskdəki qaz və tozun böyük hissəsi artıq tükəndiyi üçün planet nəhəng bir atmosfer yarada bilməyib və qayalı qalıb. MIT-dən Prof. Sara Siger isə bu kəşfin qalaktikamızdakı ən yaygın ulduzların ətrafında planetlərin necə əmələ gəldiyinə dair oyun qaydalarını pozan ilk sübutlardan biri ola biləcəyini vurğulayıb.

Gələcək müşahidələr: Ceyms Uebb Teleskopu işə düşə bilər

LHS 1903 e, suyun yoğunlaşa biləcəyi qədər sərin bir bölgədə yerləşdiyi üçün müxtəlif atmosfer növlərinə sahib ola bilər. Ekspertlər bildirirlər ki, gələcəkdə Ceyms Uebb Kosmik Teleskopu (JWST) ilə aparılacaq müşahidələr bu sirli planetin atmosfer xüsusiyyətləri haqqında daha aydın məlumat verəcək və planet sistemlərinin formalaşması barədə yeni bir səhifə açacaq.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
qaynarinfo.az

1Mənbələr