AZ

“Kreml Putinlə görüşlərdən əvvəl rəsmilər üçün karantini ləğv etdi” − KİV


“Rusiya Prezidenti Vladimir Putin görüşdüyü insanlardan karantinə riayət etmələrini tələb etməyi dayandırıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Faridaily” nəşri Kremlin protokolu ilə tanış olan dörd mənbəyə istinadən məlumat yayıb.
“Müharibə dövründə Rusiyada prezidentlə şəxsi görüşlər son dərəcə vacib siyasi məhsuldur və indi onları təşkil etmək daha asan olub”, - jurnalistlər Fəridə Rüstəmova və Marqarita Lyutova yazıblar.
Qeyd edək ki, koronavirus pandemiyası fonunda 2020-ci ildə Kremldə karantin tədbirləri tətbiq edildi və onların icrasına Federal Mühafizə Xidməti cavabdeh idi. Səhhətinə diqqətli yanaşması ilə tanınan Putin uzun müddət sərt karantin rejimini qoruyan yeganə dövlət başçısı oldu. Buna görə də, prezidentlə görüşməyi planlaşdıran vəzifəli şəxslər, dövlət şirkətlərinin rəhbərləri və milyarderlər bir neçə gün və hətta həftələri xüsusi ayrılmış təcrid müəssisələrində keçirməyə məcbur olub. Putin dünya liderlərini (məsələn, Fransa Prezidenti Emmanuel Makronu) Kremldə qəbul etdikdə həmsöhbətlərindən uzaqda uzun bir masada danışıqlar aparıb.
Seçilən
24
1
yeniavaz.com

2Mənbələr