AZ

Azərbaycan və Serbiya arasında iqtisadi əlaqələrdə əhəmiyyətli artım müşahidə olunur – Səfir

Bakı. Trend:

Azərbaycan və Serbiya arasında ikitərəfli iqtisadi əlaqələrdəəhəmiyyətli artım müşahidə olunur.

Trend xəbərverir ki, bu barədə Serbiyanın Azərbaycandakı səfiri DraqanVladisavljeviç Serbiyanın Dövlət Müstəqilliyi və Silahlı QüvvələrGünü münasibətilə keçirilən qəbulda bildirib.

Onun sözlərinə görə, Serbiya müasir, yaxşı təşkil və təchizolunmuş ordu qurmaq üçün böyük səylər və resurslar sərf edir.

"Bu gün, biz Milli Günümüzlə yanaşı, həmçinin Serbiya SilahlıQüvvələri Gününü də qeyd edirik. İki əsrdir ki, azadlığımızı vətərəqqimizi qoruyan cəsur ordumuza hörmətimizi bildiririk: həm sülhdövründə, həm də müharibə dövründə. Güclü ordu və sabitiqtisadiyyatla yanaşı, suverenliyimizin və xarici siyasətimizindigər təməli çoxsaylı dostluq və əməkdaşlıq körpüləridir ki, bizonları inkişaf etdirməyə nail olmuşuq. Bu dostluq əlaqələriarasında xüsusilə qiymətli olanlar, vaxt və şərait sınağındankeçənlərdir", – deyə o qeyd edib.

D. Vladisavljeviç vurğulayıb ki, bu əlaqələrdən biri də əsasçağırışlar və ümumi dəyərlər üzrə tam qarşılıqlı anlaşmayaəsaslanan Azərbaycanla olan əlaqələrdir.

"İkitərəfli əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə çatıb,xarici siyasət fəaliyyətinin və qarşılıqlı maraq doğuranməsələlərin tam koordinasiyası həyata keçirilir. Son illərdə bizsiyasi fəaliyyətin, qarşılıqlı səfərlərin və rəsmi şəxslər arasındaəlaqələrin əhəmiyyətli dərəcədə canlanmasını və ikitərəfli iqtisadiəlaqələrin və ticarət həcminin artdığını müşahidə edirik. Bununəzərə alaraq, əminəm ki, hər növbəti Serbiya RespublikasınınDövlət Müstəqilliyi Gününü biz Azərbaycan Respublikası ilə dahaintensiv və mühüm əməkdaşlıq və dostluq şəraitində qeyd edəcəyik",– deyə o bildirib.

Məqalədə:
Seçilən
141
1
az.trend.az

1Mənbələr