BAKI,TurkicWorld, Orxan Qədirzadə
Türkiyə Xarici İşlər Nazirliyi 12 fevral 2026-cı il tarixində Banqladeşdə keçirilən Milli Məclisə seçkilər və konstitusiya dəyişiklikləri ilə bağlı referendumun gərginlik olmadan, dinc şəraitdə başa çatmasından məmnunluğunu ifadə edib. Rəsmi Ankara bu demokratik prosesin ölkənin gələcək inkişafı üçün mühüm addım olduğunu vurğulayıb.
TurkicWorld xəbər verir ki, nazirliyin bəyanatında səsvermə prosesinin Türkiyə nümayəndələri tərəfindən də müşahidə edildiyi bildirilib. Ankara seçki və referendum nəticələrinin Banqladeşdə demokratiyanın inkişafına, sabitliyin möhkəmlənməsinə və xalqın rifahının yüksəlməsinə töhfə verəcəyinə ümid etdiyini qeyd edib.
Türkiyə XİN həmçinin Dəkkə ilə ikitərəfli münasibətləri bütün sahələrdə daha da dərinləşdirmək və qarşılıqlı əməkdaşlığı strateji səviyyəyə qaldırmaq niyyətində olduğunu bildirib.