AZ

Azərbaycanın çimərlik futbolu yığması Avropa çempionatında iştirak edəcək

Azərbaycanın çimərlik futbolu yığması Gürcüstanın Batumi şəhərində təşkil olunacaq Avropa çempionatının B Divizionunda iştirak edəcək.

Fanat.Az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

İyulun 15-19-da keçiriləcək yarışda 8 komanda – Gürcüstan, Azərbaycan, Latviya, Qazaxıstan, Belçika, Malta, İngiltərə və Norveç milliləri mübarizə aparacaqlar.

Turnirin reqlamenti və püşkü barədə daha sonra məlumat veriləcək.

Seçilən
40
fanat.az

1Mənbələr