Azərbaycanın çimərlik futbolu yığması Gürcüstanın Batumi şəhərində təşkil olunacaq Avropa çempionatının B Divizionunda iştirak edəcək.
Fanat.Az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
İyulun 15-19-da keçiriləcək yarışda 8 komanda – Gürcüstan, Azərbaycan, Latviya, Qazaxıstan, Belçika, Malta, İngiltərə və Norveç milliləri mübarizə aparacaqlar.
Turnirin reqlamenti və püşkü barədə daha sonra məlumat veriləcək.