AZ

Liverpul 95 milyon avro ödəməyə hazırdır

ain.az, Sportal.az saytına istinadən bildirir.

"Atletik"in futbolçusu Niko Uilyams karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Liverpul" ispaniyalı vingeri transfer etmək istəyir. Bu barədə "El Nacional" nəşri məlumat yayıb.

"Qırmızılar" Nikonu Məhəmməd Salahın davamçısı kimi düşünür. "Liverpul" 23 yaşlı oyunçu üçün onun klubuna 95 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.

Qeyd edək ki, Niko Uilyams "Atletik"in yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm Bilba təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
1
sportal.az

2Mənbələr