AZ

Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi

Nəriman Axundzadəni "Kolumbus Kru"ya satan "Qarabağ"ın daha bir oyunçusuna yeni təkliflər gəlib.

Milli.Az sportinfo.az-a istinadla bildirir ki, Elvin Cəfərquliyev İtaliya, Almaniya və Fransadan olan klubların transfer siyahısındadır.

Ağdam təmsilçisi adıçəkilən müdafiəçini satarsa, 3 milyon avro qazana bilər. Çünki ona dəvət göndərən Avropa komandalarından biri "köhlən atlar"a bu qədər təzminat ödəməyə hazırdır.

Sol cinah oyunçusunun "Qarabağ"la kontraktı gələn ilin yayında başa çatacaq. 

Leandro Andrade də Asiyadan çox sərfəli təklif alıb. Kabo-Verde yığmasının üzvünün son vaxtlar zəif təsir bağışlamasının səbəbi də budur.

"Çelsi" ilə matçda adını tabloya yazdırmış yarımmüdafiəçi o vaxtdan bəri yaxşı mənada fərqlənə bilmir.

Milli.Az

Seçilən
38
2
milli.az

6Mənbələr