AZ

"Ukraynada müharibə Avropanı dəyişib" - "Bloomberg"

"Qitənin iqtisadi, hərbi və siyasi transformasiyası..."

Avropa Ukrayna müharibəsi fonunda yeni mərhələyə keçir. Bu müharibə Avropanı fundamental seçim qarşısında qoyub. 

Moderator.az xəbər verir ki, bu barədə "bloomberg.com" nəşri yazıb.

İqtisadi modelin sarsılması və yeni enerji reallığı

Rusiya qazından asılılığın kəskin şəkildə azalması enerji qiymətlərini artırıb, sənayeni, xüsusilə enerji tutumlu sahələri ciddi çətinliklərlə üz-üzə qoyub. Qitə alternativ mənbələrə yönəlib, yeni terminallar və logistika xətləri qurub.

Moskva ilə onilliklər boyu formalaşmış ticarət əlaqələrinin əvvəlki səviyyəyə qayıtması isə real görünmür. Avropa üçün məsələ artıq gəlirlilik deyil, uzunmüddətli dayanıqlılıq və təhlükəsizlikdir.

Müdafiə siyasətində sərt dönüş

Müharibə Avropanı faktiki olaraq "müdafiə rejiminə" keçirib. Finlandiya və İsveç NATO-ya qoşularaq neytrallıqdan imtina etdilər. Almaniya isə milyardlarla avroluq hərbi proqramları təsdiqlədi və ordunun bərpasına başladı.

"Ramştayn" formatında keçirilən görüşdə Avropa ölkələri Ukraynaya milyardlarla avro hərbi yardım vəd etdilər. NATO-nun baş katibi Mark Rutte Rusiyanın irəliləyişini istehza ilə qiymətləndirərək bildirib ki, Moskva özünü güclü göstərməyə çalışsa da, Ukraynada "bağ ilbizi sürətilə" hərəkət edir.

Rusiya haqqında illüziyaların dağılması

Müharibə Avropanın Rusiya ilə bağlı əvvəlki yanaşmasını da dəyişib. Şərqi Avropa ölkələrinin xəbərdarlıqları indi daha ciddi qəbul olunur. Moskva artıq tərəfdaş deyil, təhlükəsizlik çağırışı kimi qiymətləndirilir.

Eyni zamanda, Ukrayna ilə birgə müdafiə layihələri genişlənir. Prezident Vladimir Zelenski Almaniyada birgə istehsal olunan minlərlə dronun bu il Ukraynaya təhvil veriləcəyini açıqlayıb. Beləliklə, müharibə Avropanı həm iqtisadi, həm hərbi, həm də siyasi baxımdan daha sərt və realist mərhələyə keçirib.

Seçilən
27
1
moderator.az

2Mənbələr