AZ

Almaniya kansleri: Rusiyada hələlik ciddi iqtisadi çətinlik yoxdur

BAKI, 13 fevral. TELEQRAF

Almaniya kansleri Fridrix Merz Ukrayna münaqişəsinin həlli ilə bağlı Rusiya ilə dialoqa qarşı çıxmadığını, lakin Moskvanın hələlik əsaslı danışıqlara hazır olmadığını bildirib.

Teleqraf xəbər verir ki, Merz Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib: "Danışmaq zəruridirsə, biz hazırıq. Amma Amerika tərəfində də gördüyünüz kimi, Rusiya hələ ciddi danışığa hazır deyil".

Kanslerin fikrincə, real danışıqların başlanması üçün ilkin şərt Rusiyada iqtisadi problemlərin dərinləşməsidir: "Amma xarici təzyiqlərə baxmayaraq, Rusiya iqtisadiyyatında hələlik heç bir ciddi çətinlik müşahidə olunmur".

Seçilən
17
teleqraf.com

1Mənbələr