AZ

BDU komandası Özbəkistanda kibertəhlükəsizlik üzrə olimpiadada iştirak edəcək

Bakı, 13 fevral, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) tələbələrdən ibarət komandası martın 27-29-da Özbəkistanın Orta Asiya Universitetində keçiriləcək kibertəhlükəsizlik üzrə “Cybersecurity Capture the Flag (CTF) 2026” olimpiadasında iştirak edəcək.

BDU-dan AZƏRTAC-a bildirilib ki, komandanın məşqçisi İsmayıl Zeynalov, üzvləri isə BDU tələbələri Sübhan Sultanov (II kurs), Kənan Rəsulov, Cəmil Cəfərli (III kurs) və Əli Quliyevdir (IV kurs).

Ali təhsilin bakalavriat səviyyəsinin tələbələri arasında keçirilən olimpiada kibertəhlükəsizlik, şəbəkə təhlükəsizliyi, rəqəmsal kriminalistika, kriptoqrafiya və sistem müdafiəsi istiqamətində tələbələrin peşəkar bacarıqlarının inkişaf etdirilməsinə yönəlmiş hakatondur.

Seçilən
117
2
azertag.az

3Mənbələr