AZ

Rusiya: ABŞ və Ukrayna ilə danışıqların üçüncü raunduCenevrədə keçiriləcək

Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə açıqlama verərək bildirdi ki, Rusiya, ABŞ və Ukrayna arasında mövcud böhranı həll etmək məqsədilə üçtərəfli danışıqların üçüncü raundu 17-18 fevral tarixində Cenevrədə baş tutacaq.

Peskov qeyd edib ki, Rus tərəfdən danışıqlara Prezident Vladimir Putinin müşaviri Vladimir Medinskiy rəhbərlik edəcək.

ABŞ mediasında yayılan, Moskvanın Vaşinqtona iqtisadi əməkdaşlıq təklifi verdiyi xəbərlərinə münasibət bildirən Peskov deyib: "Əlbəttə ki, əməkdaşlıq təklif edirik. Hər iki ölkənin biznes dairələri buna maraq göstərir."

O, həmçinin Rusiyanın hələ də dolları tam olaraq rədd etmədiyini, ancaq digər valyutaların cazibədar olması halında dolların yerinə istifadə oluna biləcəyini əlavə edib.

Peskov vurğulayıb ki, Rusiya və ABŞ tərəfindən yaradılan iqtisadi qruplar işlərini davam etdirir və ticarət və iqtisadi sahədə əməkdaşlıq potensialı müzakirə olunur. Lakin Ukrayna böhranı həll olunana qədər yekun nəticələri müzakirə etməyin mümkün olmadığını qeyd edib. Hələlik proses yalnız məsləhətləşmələrlə məhdudlaşır, böhran həll olunarsa, əməkdaşlıq praktiki tətbiqə keçiriləcək.

Seçilən
16
aznews.az

1Mənbələr