AZ

Maşında körpə DÜNYAYA GƏLDİ: Kassir həkimlərin təlimatı ilə HƏRƏKƏT ETDİ – VİDEO

Kassa nəzarətçisi magistral yolda doğuş qəbul edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Avtodor” şirkətinin mətbuat xidməti məlumat yayıb.

Rusiya Federasiyasının Kaluqa vilayətində, M-3 “Ukrayna” magistral yolunda qeyri-adi hadisə baş verib. Magistralın 137-ci kilometrində yerləşən ofisə bir kişi qaçaraq daxil olub və kömək istəyib.

Məlum olub ki, Maloyaroslaves şəhərindən Kaluqaya gedən qardaşının həyat yoldaşının yolda qəfildən doğuş sancıları başlayıb.

Hadisəyə kassa nəzarətçisi İrina Skobkina müdaxilə edib. O, dərhal avtomobilə qaçıb, eyni zamanda təcili yardıma zəng vuraraq həkimlərin telefon vasitəsilə verdiyi təlimatlara əməl edib.

İrina körpənin dünyaya gəlməsinə kömək edib, göbək bağını ehtiyatla kəsib və tibbi briqada gələnə qədər ana ilə körpənin vəziyyətinə nəzarət edib.

Hazırda ana və uşaq xəstəxanadadırlar, onların vəziyyətinin yaxşı olduğu bildirilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
15
interpress.az

1Mənbələr