AZ

Tramp İrana qarşı hazırlığını üçqat artırır AÇIQLAMA

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"ABŞ Prezidenti Donald Tramp hələ ki, İrana xəbərdarlıq edir. İran bir az kənardan verilən dəstəklə elə hesab edir ki, Amerikanın edəcəyi hücumların qarşısında tab gətirə bilər. Bu, bir az çətin məsələdir".

Bunu Redaktor.az-a politoloq Samir Hümbətov ABŞ Prezidenti Donald Trampın Tehranın Vaşinqtonla saziş bağlamalı olduğu, əks halda ABŞ-nin İrana qarşı qətiyyətli tədbirlər görə biləcəyi haqqında açıqlamasından danışarkən bildirdi.

"İranın özü də kiçik dövlət deyil, böyük dövlətdir. Tramp hazırlığını üçqat artırır. Artıq getdikcə İranın ətrafında həlqə daralır. Bizə elə gələ bilər ki, bəlkə də yox, hər şey sakitləşib, ara artıq normaldır, amma Trampın konkret təklifləri var. O təkliflər əsasında İran hərəkət etməsə, çox böyük ehtimal ki, ABŞ və İsrail İranı vurmaq istəyəcək. Demirəm ki, genişmiqyaslı müharibəmi, hava zərbələrimi olacaq və yaxud da digər amillər, amma ABŞ İrana göstərməyə çalışacaq ki, ya mənimlə oturub dediyim şərtləri qəbul edəcəksən, ya da səni sıradan çıxaracağam. Yəni açıq məqsəd buna köklənib. İndi düşünürəm ki, İran tərəfi də bir az arxayın düşüb. Məncə, hər nə qədər arxayın düşsə də, bu diplomatik təmaslar onu göstərir ki, İran oturub ABŞ ilə bu məsələni müzakirə edib nəticə çıxaracaq. Başqa variantı, əlavə seçimi yoxdur. Çünki həlqənin daralması son nəticədə İranı seçim qarşısında qoyur. Ona görə də düşünürəm ki, belə də olacaq. Saziş bağlanmasa, bu artıq hərbi əməliyyatlar üçün əsas olacaq".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
redaktor.az

2Mənbələr