AZ

Yasamalda dayanacaqdakı tablo qopub

Bakının Yasamal rayonu ərazisində məlumat lövhəsi qopub.

Bu barədə məlumat Far.Az-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, söhbət Parlament prospektində yerləşən avtobus dayanacağından gedir. Məlumata görə, dayanacağa quraşdırılmış, avtobusların nömrəsini və hərəkət istiqamətini göstərən tablo qoparaq sallanmış vəziyyətdə qalıb.

Hazırda tablo təhlükəli vəziyyətdədir və güclü külək əsəcəyi təqdirdə onun qoparaq vətəndaşların üzərinə düşməsi ehtimalı var.

{{gallery}}

Seçilən
132
8
far.az

10Mənbələr