AZ

Millimiz Avropa çempionatında iştirak edəcək

Çimərlik futbolu üzrə Avropa çempionatının B Divizionu Gürcüstanın Batumi şəhərində təşkil olunacaq.

"Football-plus.az" xəbər verir ki, 15-19 iyul tarixlərində keçiriləcək yarışda 8 komanda – Gürcüstan, Azərbaycan, Latviya, Qazaxıstan, Belçika, Malta, İngiltərə və Norveç milliləri mübarizə aparacaqlar.

Turnirin reqlamenti və püşkü barədə daha sonra məlumat veriləcəyi bildirilib.

Seçilən
37
5
football-plus.az

10Mənbələr