AZ

Tacir Şahmalıoğlundan Aşiq Namiqə sərt sözlər

Tacir Şahmalıoğlu və Aşiq Namiq arasında qalmaqal daha da alovlanır.

News365.az xəbər verir ki, Tacir Şahmalıoğlu onun haqqında televizya kanallarının birində xoşagəlməz ifadələr işlədən Aşıq Namiqdən danışıb.

Sənəntçi televiziya kanalarımızda böyük boşluq olduğunu bildirib:

 "Biz o vaxtı hansısa kanalda çıxış edəndə kimin həddi nə idi ki, artıq-əskis nə isə danışsın. Buna güclü nəzarət var idi. Amma indi kimlərə çıxıb efirdə ağızlarına gələni danışırlar. Belə olmaz. Bu efir mədəniyyətinə uyğun deyil".

Tacir Şahmalıoğlu daha sonra aşıq Namiqlə aralarında olan qalmaqaldan söz açıb:

"O hadisəyə qədər münasibətlərimiz çox yaxşı idi. Bir-birimizi görəndə öpüşüb görüşürdük. Amma o... Düzdü mənə qarşı işlətdikləri sözlərə görə üzr istədi, lakin bu kifayət deyil. Mənim ürəyim qırılıb. Mən ona heç nə demədiyim halda o mənə şər bohtan dolu sözlər dedi. Gözləməzdim".

Qeyd edək ki, Tacir Şahmalıoğlu efirlərdən birində aşıq sənətinin bugünkü vəziyyəti haqqında tənqidi fikirlər bildirdikdən sonra Aşiq Namiq Tacir Şahmalıoğlu haqqında bunları demişdi:

 "Nə qədər sənətkar xanəndələrimiz var ki, dövlət tədbirlərində, beynəlxalq səviyyəli mərasimlərdə iştirak edirlər. Sən hansında olmusan? Moskvaya gedib kafedə oxumusan. Vaxtilə erməni mahnısı da oxumusan. Toyda bığını qırxıblar".


Seçilən
16
news365.az

1Mənbələr