AZ

İrana minlərlə “Starlink” aparıldı - GİZLİ

“ABŞ hökumətin interneti bağlamasından sonra vətəndaşlarının internetlə əlaqədə qalmasına kömək etmək üçün gizli şəkildə İrana təxminən 6000 “Starlink” dəsti idxal edib. 

Rejim on minlərlə insanın ölümünə səbəb ola biləcək kütləvi etirazların vəhşicəsinə yatırılmasını gizlətməyə çalışıb. 

Lakin atışma, cəsədlər və sonrakı İran etirazlarının görüntüləri internetdə yayılıb”.

“Cebheinfo.az” xəbər verir ki, bunu "The Wall Street Journal" qəzetinin ABŞ rəsmilərinə yazıb.

Mənbələr WSJ-yə bildiriblər ki, ABŞ Dövlət Departamenti son aylarda İrandakı müxaliflərə və fəallara internet məhdudiyyətlərini aşmağa kömək etmək üçün təxminən 7000 “Starlink” terminalı alıb, onlaırn əksəriyyəti yanvar ayında alınıb. 

Tehran 2025-ci ilin iyun ayında “Starlink”-i qanuni olaraq qadağan edib və pozuntulara görə cəzalar tətbiq olunub. Ancaq ölkədə on minlərlə terminalın işlədiyi təxmin edilir. Lakin qəzet qeyd edir ki, bu, ABŞ-nin “Starlink”-i birbaşa İrana göndərdiyi ilk haldır.

Ağ Evin o vaxt verdiyi məlumata görə, Donald Tramp və “SpaceX” şirkəti peyk rabitə sistemini idarə edən İlon Mask yanvar ayında iranlıların etirazlar zamanı “Starlink”-dən istifadə etməsinə icazə verilməsi ehtimalını müzakirə ediblər. 

Trampa İrana terminalların çatdırılması barədə məlumat verilib, lakin WSJ mənbələri onun və ya başqa birinin planı təsdiqləyib-təsdiqləmədiyini yazmayıb.

Seçilən
4
cebheinfo.az

1Mənbələr