Müğənni Qumral ailə həyatı ilə bağlı açıqlaması ilə diqqət çəkib.
Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, qayınanası ilə demək olar ünsiyyət saxlamır:
"Qayınanamı heç yığmıram. Ən son nə vaxt danışdığımız yadımda deyil. Yoldaşımla danışıb, bizə də salam göndərib. Səmimi deyəcəyəm".
Qumral əlavə edib ki, hər kəsin öz ailəsi və məsuliyyəti var:
"Nə edək? Onun da ailəsi var, mənim də valideynlərim, bacım var. Ailə bağlarına görə öz ailəmizi dağıdıb, söz-söhbət yarada bilmərik. Bunlar heç vaxt bizə bata bilməz".
Müğənni vurğulayıb ki, hər kəsin öz dünyası və öz yuvası var: "Hər kəsin işığı öz evinə düşür".
Onun bu fikirləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Musa
Milli.Az