Bakı. Trend:
İnkişafa qoyulan sərmaye qlobal qeyri-sabitliyin qarşısınınalınmasında həlledici əhəmiyyət daşıyır.
Trend xəbər verirki, bunu Avropa İttifaqının beynəlxalq tərəfdaşlıq üzrə alikomissarı Yozef Sikela Münxen Təhlükəsizlik Konfransında çıxışındadeyib.
Onun sözlərinə görə, inkişaf üçün ayrılan büdcələr azalır,halbuki Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün maliyyəçatışmazlığı 4 trilyon ABŞ dolları təşkil edir.
Avrokomissar qeyd edib ki, qlobal inkişaf maliyyələşdirilməsininümumi həcmi təxminən 200 milyard dollar səviyyəsindədir və buməbləğin təxminən 43 faizi, yəni 90 milyard dollardan çoxuAvropanın payına düşür.
Sikela strukturla bağlı iqtisadi problemlərə, xüsusilə Afrikadamövcud vəziyyətə də diqqət çəkib. Onun sözlərinə görə, sənayeistehsalı indeksi Asiyada təxminən 30 faiz, Avropada 15–17 faiz vəABŞ-də 15–16 faiz olduğu halda, burada 2 faizdən aşağı səviyyədəqalır.
“Təkcə Afrikada yaxın beş il ərzində əmək bazarına 50–60 milyonyeni işçi daxil olacaq. Qlobal miqyasda isə inkişaf etməkdə olanölkələrdə əmək qabiliyyətli yaşa çatan gənc nəsl üçün 1,2 milyardiş yerinə ehtiyac yaranacaq. Əgər biz iş yerlərinin yaradılmasıüzrə hazırkı trayektoriya ilə hərəkət etməyə davam etsək, növbəti10–15 il ərzində cəmi 400 milyon iş yeri təmin edə biləcəyik. Yənitələb olunan sayın yalnız üçdə biri qədər”, – deyə o bildirib.
Bu kəsiri aradan qaldırmaq üçün Avropa komissarı yerli səviyyədəiş yerlərinin yaradılmasına və əlavə dəyərin formalaşdırılmasınayönəlmiş praktik tədbirlərə diqqətin artırılmasına çağırıb.
“Biz həqiqətən nəticə verən məsələlərə – məhz ölkələrin özündəiş yerlərinin yaradılmasına və əlavə dəyərin formalaşdırılmasınadaha çox diqqət yetirməliyik”, – deyə o vurğulayıb.
Y.Sikela həmçinin özəl kapitalın səfərbər edilməsininvacibliyini qeyd edib.
“İkincisi, özəl investisiyaları təşviq etmək lazımdır, çünkidövlət vəsaitləri heç vaxt kifayət etməyəcək. Biz maliyyəalətlərinin kombinasiyası, ölkələrin investisiya cəlbediciliyininartırılması və müvafiq maliyyə mexanizmləri vasitəsilə risklərinazaldılması yolu ilə inkişaf etməkdə olan ölkələrə özəlinvestisiyaların genişləndirilməsinə töhfə verə bilərik”, – deyə obildirib.
Avropa komissarı inkişaf etməkdə olan ölkələrdə daxili gəlirformalaşdırma sistemlərinin gücləndirilməsinin əhəmiyyətini dəvurğulayıb.
“Üçüncüsü, onlara öz daxili gəlirlərini səfərbər etməyə köməketmək lazımdır – vergi islahatları vasitəsilə öz iqtisadiyyatlarıhesabına daha çox gəlir əldə etmələrinə şərait yaradılmalı, bu isəbaza sosial müdafiə sisteminin qurulmasına kömək edəcək”, – deyə oyekunlaşdırıb.