AZ

ABŞ Şimali Kipr Türk Cümhuriyyətini tanıya bilər - inanılmaz gəlişmə...



Nəsimi Məmmədli: "ABŞ hələlik BMT qətnamələri çərçivəsində Kiprin iki icmalı federativ dövlət modelini dəstəkləyir"

12 fevral 2026-cı il tarixli mediada yer alan xəbərdə Şimali Kıprıa Türk Cümhuriyyətinin (ŞKTC) Ercan Hava Limanının beynəlxalq gündəmə gəldiyi bildirilir. Məqalədə deyilir ki, Azərbaycanda yaşayan jurnalist Serdar Şengül və beynəlxalq münasibətlər üzrə mütəxəssis Sinan Yıldızın verilişində ABŞ-ın rəsmi şəxslərinin ŞKTC-dəki Ercan Hava Limanında yoxlamalar apardığı və bu yoxlamaların böhran ssenariləri çərçivəsində ABŞ vətəndaşlarının təxliyəsi üçün təşkil oluna biləcək əməliyyatlara hazırlıq məqsədilə olduğu haqqında məlumatlar müzakirə olunub. Şimali Kıbrıs Türk Cümhuriyyətində bu məsələyə geniş reaksiya verildiyi qeyd olunur.

Məqalədə bildirildiyi kimi, ŞKTC Bayındırlıq və Nəqliyyat naziri Erhan Arıklı açıqlama verib ki, yoxlamalar CIA tərəfindən deyil, ABŞ konsulluğunun məlumatı və icazəsi ilə, ŞKTC qurumlarının iştirakı ilə prosedur qaydada aparılır. Bu, amerikalıların limanın mövcud vəziyyətini qiymətləndirmələri və ABŞ vətəndaşlarının Kıbrıs-Türk ərazisinə girişini təmin etmək üçün koordinasiya mərhələsi kimi izah edilir.

Xəbərdə qeyd olunur ki, ABŞ Böyükelçiliyinin açıqlamasında Amerika vətəndaşlarının təhlükəsizliyinin prioritet olduğu və Ercan Hava Limanında texniki yoxlamaların həyata keçirildiyi vurğulanıb. Bu məlumatlar Kıbrıs Türk media mənbələrində manşetə çıxıb və regional təhlükəsizlik məsələləri ilə bağlı müzakirələrə yol açıb.

Bu jest Şimali Kıprız Türk Cümhuriyyətinin ABŞ tərəfindən bir dövlət kimi tanınması prespektivi vəd edə bilərmi?

Politoloq Nəsimi Məmmədli "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, son vaxtlar Kipr istiqamətində ciddi fəallıq diqqət çəkir, xüsusilə də Şərqi Aralıq dənizində neft və qaz ehtiyyatlarının öyrənilməsi sahəsində aktiv çalışmalar var. Məmnədlinin fikrincə, Rusiya-Ukrayna müharibəsinə görə Avropa təbii qaza olan ehtiyacını qarşılamaq üçün alternativlər axtarır - 4 il öncə ABŞ-ın Geoloji Tədqiqat Mərkəzi Şərqi Aralıq dənizi ilə bağlı əhəmiyyətli bir araşdırma dərc etmişdi: "Həmin hesabata görə, Şərqi Aralıq dənizində 1,7 milyard barel neft və 3,5 trilyon kubmetr təbii qaz ehtiyatının olduğu təxmin edilir.

Keçən il İstrail-Yunanıstan və Kipr arasında imzalanmış razılaşmalara əsasən Şərqi Aralıq dənizində birgə təhlükəsizlik və əməkdaşlıq niyyəti bəyan edilib. Birgə hərbi təlimlərin keçirilməsi nəzərdə tutulur.

Türkiyənin Suriyada və Liviyada təsir imkanlarını artırması, Şərqi Aralıq dənizində müstəqil şəkildə geoloji kəşfiyyat işlərinə başlaması, habelə hərbi gücünü artırmaq istiqamətindəki addımları regionda yeni geosiyasi reallıqlar yaradıb.

Eyni zamanda nəzərə almaq lazımdır ki, Tramp adminstrasiyasının Avropa İttifaqı ilə ikitərəfli və çoxtərəfli siyasətində dəyişikliklər də nəzərə çarpır. Hətta ABŞ prezidenti Tramp bu il yanvar ayının 7-də imzaladığı sərəncamla 66 beynəlxalq qurumdan çıxdığını təsdiqlədi.

Tramp adminiztrasiyası regionda real güc faktorunu nəzərə alaraq Türkiyə ilə bir çox məsələlərdə razılaşmalar əldə edib.

ABŞ hələlik BMT qətnamələri çərçivəsində Kiprin iki icmalı federativ dövlət modelini dəstəkləyir. Amma BMT-nin 31 qurumundan çıxan Trampın BMT qətnamələrinə də münasibəti dəyişə bilər. BMT qətnamələrində təsbit olunan iki dövlətli tənzimləmə modeli ilə

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) razı olsa da, Kipr Respublikası fedarativ dövlət modelini qəbul etmir. Bu isə ABŞ-ın hazırkı geosiyasi maraqlarına uyğun gəlmir. Qarşıdakı illərdə ABŞ-ın Kipr siyasətində də köklü dəyişikliklər müşahidə oluna bilər. Adada iki dövlətli həll modelinin reallaşması istiqamətində səylər nəticə verməsə, o zaman ABŞ-ın ŞKTC ilə əməkdaşlığında yeni formalar nəzərdən keçirilə bilər."

Akif NƏSİRLİ

Seçilən
19
baki-xeber.com

1Mənbələr