AZ

Bu yolda hansı sürücü qaydaları pozmur? DOĞRU CAVAB

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Avtosfer.az saytı avtomagistralda hərəkətlə bağlı yeni sualı və qalib olmuş oxucunun adını təqdim edir.

Hansı sürücü bu yolda qaydaları pozmur?

1) Ağ rəngli avtomobilin sürücüsü

2) Göy rəngli avtomobilin sürücüsü

3) Hər iki avtomobilin sürücüsü

4) Heç biri

Doğru cavab: 4) Heç biri

İzah: "Yol hərəkəti haqqında" qanunun 43-cü maddəsində qeyd olunub ki, 5.1 nişanı ilə işarələnmiş avtomagistrallarda sürücülərin geriyə dönməsi və ayırıcı zolağın texnoloji kəsiklərinə girməsi qadağandır. Həmçinin 52-ci maddədə qeyd olunub ki, avtomagistrallarda dayanma və durma qadağandır.

Bu səbəbdən sürücülərin heç biri qaydalara əməl etmir.

Sualın ilk düzgün cavabını verən Elxan Hacıyev adlı oxucumuz “VQ LUBE” yağları tərəfindən yağdəyişmə və yağ filtri kuponu qazandı. 

Oxucumuzu Avtosfer.az saytı adından təbrik edirik!

Hədiyyəni əldə etmək üçün 055-491-36-86 nömrəsi ilə əlaqə saxlamağınız tövsiyə olunur.

Oxunub 180

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
avtosfer.az

1Mənbələr