AZ

Röya: Məni anam kimi düşünür FOTO

ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Xalq artisti Röya Ayxan yaxın rəfiqəsi və həmkarı Amina Şirin barədə səsləndirdiyi xoş sözlərlə diqqət çəkib.

Milli.Az xəbər verir ki, pop ulduz səmimi anları izləyiciləri ilə bölüşərək Amina haqqında fikirlərini dilə gətirib. Onun sözləri sosial şəbəkələrdə maraq doğurub və müzakirələrə səbəb olub.

"Adamı anasından çox heç kim sevməz. Amma məni sevən var. Həmişə deyirəm ki, sən mənim haqqımda danışanda elə bilirəm ki, anam mənim barəmdə düşünür. Səni sevirəm, sənətkarım", - deyə Röya bildirib.

Xalq artisti əlavə edib ki, Amina Şirin hazırda Özbəkistanda konsertə hazırlaşır və məşqlər edir:

"Dedim ki, sənətkara məşq lazım deyil. Sənətkar sözünü yadda saxlasın, musiqiçilər də dayanıb ifa etsinlər. Sənin konsertin uğurlu olacaq".

Röyanın bu isti və dəstək dolu sözləri izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.

Musa

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
1
news.milli.az

2Mənbələr