ain.az, Ayna portalına istinadən məlumat yayır.
Ölkənin Sərhəd Polisi və Sahil Mühafizəsinin 11 zabiti NATO-nun Türkiyədə keçirdiyi "Dəniz Mühafizəsi" əməliyyatında iştirak edib
Gürcüstan Sərhəd Polisi və Sahil Mühafizəsinin 11 zabiti NATO-nun Türkiyədə keçirdiyi "Dəniz Mühafizəsi" əməliyyatında iştirak edib. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu barədə Gürcüstan Sərhəd Polisi məlumat yayıb.
Türkiyə Hərbi Dəniz Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin bölmələri də 21 yanvar - 9 fevral tarixlərində keçirilən təlimdə iştirak edib. İştirakçılar Türkiyə Hərbi Dəniz Qüvvələrinin “TCG Gaziantep” (F-490) freqatında yerləşdiriliblər.
Bildirilib ki, NATO-nun "Dəniz Mühafizəsi" əməliyyatı hazırda Alyansın himayəsi altında keçirilən yeganə daimi dəniz təhlükəsizliyi əməliyyatıdır. Onun əsas məqsədləri dəniz terrorizminə qarşı mübarizə aparmaq, sərbəst və təhlükəsiz naviqasiyanı təşviq etmək, dəniz təhlükəsizliyi imkanlarını inkişaf etdirmək və gücləndirməkdir.
Qeyd olunub ki, ötən ilin 21 noyabrında Tiflis və Ankara arasında imzalanan texniki müqaviləyə əsasən, Gürcüstan NATO-nun "Dəniz Mühafizəsi" əməliyyatında iştirak etmək hüququ əldə edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.