AZ

Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb

Dubayın ən böyük liman operatoru olan "DP World"ın rəhbərliyində dəyişiklik edilib.

Marja.az xəbər verir ki, Şirkət, ABŞ Ədliyyə Nazirliyi tərəfindən yayımlanan Epştein sənədlərində İdarə Heyətinin sədri və İcraçı direktoru (CEO) Sultan Ahmed bin Sulayem-in adının çəkilməsindən sonra vəzifə dəyişikliyinə getdiyini açıqlayıb.

Essa Kazim-in İdarə heyətinin sədri, Yuvraj Naraya-nın isə qrup CEO-su təyin edildiyi bildirilib.

ABŞ Ədliyyə Nazirliyinin Epştein işi ilə bağlı son yayımladığı sənədlərdə, Jeffrey Epstein-ın Sultan Ahmed bin Sulayem-i bir dəfə “yaxın şəxsi dost” kimi xarakterizə etdiyi ortaya çıxıb. Digər bəzi sənədlərdə isə Sulayem-in Epştein tərəfindən “ən güvəndiyi dostlardan biri” kimi təsvir edildiyi görülüb.

"DP World" qlobal liman və logistika əməliyyatlarını həyata keçirən ən böyük şirkətlər arasında yer alır.

Seçilən
89
1
marja.az

2Mənbələr