ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qastroenteroloq İnna Mazko gün ərzində sağlamlığa zərər vermədən nə qədər "blinçik" yeməyin mümkün olduğunu açıqlayıb.
Redaktor.az xəbər verir ki, mütəxəssis bu ahqda lenta.ru-ya danışıb.
Həkimin sözlərinə görə, gündə iki-üç "blinçik"dən artıq istehlak etmək tövsiyə olunmur. Daha az sərt yanaşmada isə, yalnız sutkalıq şəkər norması nəzərə alınarsa, içliksiz beş-yeddi "blinçik" yeməyə icazə verilə bilər. Mazko bildirib ki, bu rəqəmlər hər bir insanın fərdi xüsusiyyətlərindən asılı olaraq bir qədər dəyişə bilər.
Eyni zamanda, onun sözlərinə görə, müxtəlif əlavələr və ya içliklərlə hazırlanan "blinçik"lərin təhlükəsiz miqdarı sadə "blinçik"lərlə müqayisədə daha az olmalıdır.
Aytəkin TOFİQQIZI
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.