AZ

Avropa Komissiyası Gürcüstan diplomatları üçün vizaiz rejimi dayandırma prosedurunu başladıb

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Avropa Komissiyası, Tbilisiyə qarşı tətbiq olunan sanksiyalar çərçivəsində Gürcüstan diplomatları üçün vizaiz rejimi dayandırma prosedurunu işə salıb. Qərarın yaxın günlərdə qəbul ediləcəyi gözlənilir.

Bizimyol.info xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Markus Lamert məlumat verib.

"Keçən ay Avropa Komissiyası diplomatik pasport sahibləri və onların ailə üzvləri üçün vizaiz rejiminin dayandırılması prosedurunu başladıb. Avropa İttifaqı bu qərarı müsbət qiymətləndirib, indi Avropa Komissiyası növbəti addımları atacaq və bununla bağlı məlumatı yaxın vaxtlarda verəcəyik", - deyə Markus Lamert Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

Eyni mətbuat konfransında Avropa İttifaqının xarici siyasət nümayəndəsi Ənvar əl-Ənuni, Gürcüstanı "demokratik normalardan uzaqlaşmaqda" və "vətəndaş cəmiyyəti üçün məkanın daralmasında" ittiham edib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
127
bizimyol.info

1Mənbələr