AZ

FHN-in qurumları arasında şahmat üzrə çempionat keçirilib

FHN-in

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun bazasında Nazirliyin qurumları arasında komanda və şəxsi birincilik üzrə şahmat çempionatı keçirilib.

Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildiorilib ki, idman-sağlamlıq klubunun təşkilatçılığı ilə keçirilən çempionatda FHN-in Aparatı və qurumlarının ümumilikdə 17 komandasından 70-ə yaxın əməkdaş iştirak edərək əzmkar mübarizə aparıb. Çempionatın baş hakimi Fikrət Sideifzadə tərəfindən idarə olunan turnirdə yığılan xalların ümumi miqdarına görə qalib komandalar və əməkdaşlar müəyyən olunub.

Tədbirin bağlanış mərasimində, əvvəlcə Dövlət Himni səsləndirilib.

Mükafatlandırma mərasimində çıxış edən FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev qeyd edib ki, şahmat əməkdaşların həm asudə vaxtlarını səmərəli keçirməsi, həm də intellektual baxımdan inkişafında böyük əhəmiyyətə malikdir. Dünya şahmat tacının Azərbaycana gətirilməsində əvəzsiz xidmətləri olmuş Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda güclü şahmat məktəbi yaradılıb, bu idman sahəsi respublikamızda yüksək səviyyəyə qalxıb. Bu proses bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. F.Musayev, həmçinin FHN-in əməkdaşlarının respublika və beynəlxalq miqyaslı yarışlarda qazandıqları uğurlardan bəhs edib.

Sonra çempionatda uğur qazanmış komandalar və iştirakçılar təltif olunublar. 5 gün davam edən yarışda Dövlət Yanğından Mühafizə Xidmətinin komandası bütün rəqiblərinə qalib gələrək komanda hesabında birinci olub. Çempionatda ikinci yerə Mülki müdafiə qoşunları, üçüncü yerə isə Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarət Dövlət Agentliyinin komandaları layiq görülüblər.

Şəxsi yarışlarda çempion adına Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Elçin Əsədov, 2-ci yerə FHN-nin Akademiyasının kursantı Mehdi Qasımov, 3-cü yerə isə Sumqayıt Regional Mərkəzinin əməkdaşı Şahin Mehdiyev layiq görülüb.

Sonda qaliblər kubok, diplom və medalla, çempionatın keçirilməsində obyektiv hakimlik xidmətlərinə görə Azərbaycan Şahmat Federasiyasının Hakimlər Komitəsi, çempionatın əzmkar komandası kimi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin komandası fəxri fərmanla təltif olunublar.

FHN-inFHN-inFHN-inFHN-inFHN-inFHN-inFHN-inFHN-inFHN-inFHN-in

Seçilən
27
8
xalqcebhesi.az

9Mənbələr