AZ

Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi - SON DƏQİQƏ

Nəriman Axundzadəni "Kolambus Kru"ya satan "Qarabağ"ın daha bir oyunçusuna yeni təklif gəlib.

Daha dəqiq desək, təkliflər.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, Elvin Cəfərquliyev İtaliya, Almaniya və Fransadan olan klubların transfer siyahısındadır.

Ağdam təmsilçisi adıçəkilən müdafiəçini satarsa, 3 milyon avro qazana bilər. Çünki ona dəvət göndərən Avropa komandalarından biri "köhlən atlar"a bu qədər təzminat ödəməyə hazırdır.

Sol cinah oyunçusunun "Qarabağ"la kontraktı gələn ilin yayında başa çatacaq. 2017-ci ildən burada çıxış edən 25 yaşlı Cəfərquliyev istəsəydi, əslində, çoxdan səsi "köhnə dünya"dan gələrdi.

İndiyədək ona o qədər çağırış gəlib ki! Heç birini dəyərləndirməyib.

Leandro Andrade də Asiyadan çox sərfəli təklif alıb. Kabo-Verde yığmasının üzvünün son vaxtlar zəif təsir bağışlamasının səbəbi də budur.

"Çelsi" ilə matçda adını tabloya yazdırmış yarımmüdafiəçi o vaxtdan bəri yaxşı mənada fərqlənə bilmir.

26 yaşlı orta sahə oyunçu həmin dəvətin təsiri altındadır. 2022-ci ildə bura "Çerno More"dən (Bolqarıstan) gəlmiş Portuqaliya doğumlu afrikalı indi yalnız getmək barədə fikirləşir.

Andradenin istəyi artıq "Qarabağ"ın rəhbərliyinə, həm məşqçilərinə, həm də komanda yoldaşlarına məlumdur.

Yarımmüdafiəçi aldığı dəvəti yaxın tarixdə dəyərləndirmək niyyətində olduğunu gizlətməyib, çünki karyerasının növbəti illəri ərzində bundan yaxşı təklif alacağına inanmır.

Bir sözlə, əlinə gözəl fürsət düşüb, qaçırmağı düşünmür.

saytlarin hazirlanmasi

Seçilən
16
4
sportal.az

6Mənbələr