AZ

Təbiət marşrutunu seç

Milli parklarımızda yaradılan marşrutlar təbiəti kəşf etməyin ən təhlükəsiz və məsuliyyətli yoludur. Bu yollar ziyarətçilərə nadir flora və faunanı müşahidə etmək, təbii landşaftların gözəlliyini hiss etmək və ekosistemlərin tarazlığı ilə yaxından tanış olmaq imkanı yaradır.

Ekologiya.az bildirir ki, xüsusi olaraq planlaşdırılmış piyada və müşahidə yolları təbiətə minimum təsir – maksimum təcrübə prinsipi əsasında hazırlanır. Marşrutlar boyunca yerləşdirilən məlumat lövhələri ziyarətçiləri ekoloji qaydalar, biomüxtəliflik və ərazinin təbii əhəmiyyəti barədə maarifləndirir.

Marşrutlardan istifadə edərkən təbiətdə iz buraxmamaq və müəyyən edilmiş qaydalara riayət etmək hər birimizin məsuliyyətidir və davamlı ekoturizmin inkişafına mühüm töhfə verir.

“Təbiət marşrutunu seç” rubrikası çərçivəsində ölkəmizin müxtəlif təbiət marşrutları haqqında ətraflı məlumat təqdim olunacaq. İlk paylaşımımız Azərbaycanda ərazisinə görə ən böyük milli park olan Şahdağ Milli Parkındandır.

Şahdağ Milli Parkı Quba, Qusar, Qəbələ, Şamaxı, İsmayıllı və Oğuz rayonlarının ərazilərini əhatə etməklə zəngin landşaftı, biomüxtəlifliyi ilə seçilir. Parkın ərazisində təbiətsevərlər üçün 48 turist marşrutu mövcuddur. Bu marşrutlar yüksək dağ zirvələrini, əsrarəngiz dağ göllərini, gur şəlalələri və digər unikal təbii gözəllikləri əhatə edir.

Təbiəti sevmək onu qoruyaraq tanımaqla başlayır.




Seçilən
92
ekologiya.az

1Mənbələr