AZ

Xəzərdə nadir balıqları ovlayan brakonyer saxlanıldı

Bakı.Trend:

Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsininəməkdaşları Xəzər dənizinin cənub hissəsində qanunsuz balıq ovu iləməşğul olan N.Həbibzadəni saxlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regionalqrupundan Trend-ə verilən məlumata görə,
baxış zamanı həmin şəxsdən 172 ədəd ovlanması qadağan edilənmüxtəlif növ balıq və qanunsuz ov alətləri götürülüb.

Faktla bağlı araşdırma aparılır. Su polisləri tərəfindən müvafiqdövlət qurumları ilə birgə bu istiqamətdə nəzarət-profilaktiktədbirlər davam etdirilir.

Məqalədə:
Seçilən
121
18
az.trend.az

10Mənbələr