Müğənni Sevda Yahyayevanın həkim həyat yoldaşı Zakir Bayramov açıqlaması ilə diqqət çəkib.
Ölkə.az milli.az-a istinadən xəbər verir ki, onun ailə həyatı barədə etirafları marağa səbəb olub və eyni zamanda müzakirələri də bərabərində gətirib:
"Sevda xanım makiyaj çəkdiyi zaman Sevda Yahyayeva olur. Ancaq evə gəlib makiyaj silindikdən sonra adi Seva olur. Küsülü olmağımız bir gün çəkir. Səhnə xərclərini tam olaraq özü ödəyir. Bütün səyahət və ev xərcləri isə təbii ki, hamısını mən. Həmişə uşaqlıqdan istəmişəm ki, 5 qız övladım olsun".