AZ

Türkiyəli alimlər Botanika İnstitutunda olublar

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 13 fevral, AZƏRTAC

Türkiyənin Balıkesir Universitetinin Necatibey Təhsil fakültəsinin biologiya təhsili kafedrasının əməkdaşları professor Tuncay Dirmenci və professor Bayram Yıldız Botanika İnstitutunda olublar.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, səfərin məqsədi “Türkiyənin İllüstrasiyalı Florası” nəşri çərçivəsində Azərbaycan və sərhəd ölkələrin florasına aid herbari nümunələri üzərində araşdırmalar aparmaq və həmin nümunələri Türkiyə florasında mövcud olan bitki növləri ilə müqayisəli şəkildə təhlil etmək olub.

Qonaqlar üç gün müddətində Herbari Fondunda saxlanılan “Asteraceae”, “Lamiaceae”, “Rosaceae” və “Fabaceae” fəsilələrinə aid nümunələr üzərində sistematik araşdırmalar aparıblar. Həmçinin Azərbaycan və Qafqaz florasına aid “Stachys”, “Satureja”, “Thymus”, “Cirsium”, “Crataegus” və “Onobrychis” cins nümunələrini ətraflı təftiş ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
94
azertag.az

1Mənbələr