AZ

İspaniyanın “görünməz” pilotsiz aparatı

Ər-Riyadda keçirilən “World Defense Show” sərgisində İspaniyanın Sener şirkəti yeni “SRC 100 Razor” pilotsuz uçuş aparatını təqdim edib. Təxminən 150 kiloqram çəkisi olan bu “görünməz” (stels) dron müxtəlif tapşırıqlar üçün nəzərdə tutulub. O, xüsusilə riskli və itirilmə ehtimalı yüksək olan missiyalar üçün daha sərfəli həll hesab olunur.

Dronun əsas üstünlüyü paraşütlə xilasetmə sistemidir. Bu sistem tapşırıqdan sonra aparatın geri qaytarılmasına imkan verir. Hətta dronun itirilməsi ehtimal olunan missiyalarda belə, onun istifadəsi iqtisadi baxımdan məqsədəuyğun sayılır.

Şirkət bildirir ki, “Razor” hərbçilərin ehtiyaclarına uyğun çevik və tez uyğunlaşa bilən aparatdır. O, peyk siqnalları olmasa belə, avtonom rejimdə işləyə bilir. Dron kəşfiyyat, müşahidə və dəqiq zərbələr üçün istifadə oluna bilər.

“SRC 100 Razor” layihəsi SIROCO proqramı çərçivəsində hazırlanıb. Sener şirkəti yaxın zamanda SCR (Sistemas de Control Remoto) şirkətini satın alaraq avtonom sistemlər sahəsində imkanlarını genişləndirib.

Şirkət istehsal gücünü də artırır. Madriddə və Biskayada yeni və modernləşdirilmiş obyektlər tikilir. Yeni müəssisələrdə sınaq və montaj üçün müasir avadanlıqlar olacaq. Bu addımlar Razor dronunun kütləvi istehsalına və gözlənilən yüksək tələbatın qarşılanmasına hazırlıq məqsədi daşıyır.

S.ELAY

XQ

Seçilən
28
1
xalqqazeti.az

2Mənbələr