AZ

Marsdakı tapıntılar keçmişdə burada həyat olduğuna işarədir?

Baku.ws portalından verilən məlumata görə, ain.az xəbər yayır.

NASA-nın Curiosity roveri 2025-ci ildə Marsın qədim gil süxurlarında uzun zəncirli üzvi molekullar, alkanlar aşkarlayıb. Həmin molekulların konsentrasiyası 30–50 milyardda bir səviyyəsində olub, bu isə ilkin baxışda sensasiya kimi görünməyib.

BAKU.WS xəbər verir ki, lakin yeni araşdırma bu məlumatlara fərqli baxış təqdim edir. NASA Goddard Space Flight Center-dən Aleksandr Pavlovun rəhbərlik etdiyi komanda hesab edib ki, kosmik şüalanma milyonlarla il ərzində üzvi maddələrin böyük hissəsini parçalayanda, ilkin konsentrasiya çox yüksək olub, təxminən 120–7700 ppm.

Alkanların uzun zəncirli yağ turşularının fraqmentləri ola biləcəyi vurğulanır ki, bu növ birləşmələr Yer kürəsində əsasən bioloji fəaliyyətlə əlaqələndirilir. Tədqiqatçılar qeyri-bioqen mənşəli ehtimalları - meteoritlər, planetlərarası toz, hidrotermal proseslər və s. araşdırsa da, belə yüksək konsentrasiyanı izah etmək mümkün olmayıb.

"Bu yüksək alkan konsentrasiyası qədim Marsdakı məlum abiotic (həyatsız) mənbələrlə çətin izah olunur", - deyə alimlər qeyd ediblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
1
baku.ws

2Mənbələr