ain.az, Avtosfer portalına istinadən məlumat verir.
Avtopilot sistemləri təkmilləşdikcə sui-istifadə halları da artır. Lakin hələlik heç bir ölkədə qanunvericilik “ağıllı avtomobillər”də baş verəcək qəzaya görə sürücünü məsuliyyətdən azad etmir.
Avtosfer.az xəbər verir ki, Çində sərxoş sürücü 45 gün müddətinə azadlıqdan məhrum edilib. Məlum olub ki, o, avtomobildə evinin yolunu proqramlaşdırıb. Bundan sonra isə sərxoş vəziyyətdə sərnişin oturacağında əyləşərək yatıb.
Qabaq oturacaqda yatan sərnişin kameraya düşdüyü üçün polis hərəkətə keçib. Necə ola bilər ki, hərəkət edən avtomobildə sürücü yoxdur!
Təhqiqat zamanı məlum olub ki, avtomobildə avtopilot sistemini aldadan proqram quraşdırılıb və maşın sürücünün olmamasını “hiss etmir”. Bu “uzaqgörənliyə” görə sürücü 45 gün dəmir barmaqlıqlar arasında qalacaq.
Vüqar Yaşaroğlu
Oxunub 0
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.