AZ

Zelenski: “Ukrayna ədalətsiz sülh razılaşmasını qəbul etməyəcək”

“Kiyev ədalətli sülh razılaşması əldə olunmasa, Rusiyaya qarşı mübarizəni davam etdirməyə hazırdır”.

NOCOMMENT.az xəbər verir ku, buny Ukrayna Prezidenti Volodimir Zelenski “The Atlantic” jurnalına verdiyi müsahibədə deyib.

Jurnalın məlumatına görə, prezidentin yaxın çevrəsində bəzi şəxslər bu bahar sülh üçün imkan pəncərəsinin bağlanmasından narahatdır.

Əgər danışıqlar uğursuz olarsa, Ukraynanı illərlə davam edən hərbi əməliyyatlar gözləyə bilər.

Zelenski vurğulayıb ki, o, “pis razılaşmanı” qəbul etməkdənsə, onu rədd etməyə üstünlük verəcək. “Ukrayna uduzmur”, — deyə prezident bildirib.

“The Atlantic” yazır ki, Kiyev Donbasdan qoşunların çıxarılmasını potensial güzəşt kimi nəzərdən keçirə bilər. Jurnalist Saymon Şuster prezidentin müşavirlərinə istinadən bildirib ki, Donetsk bölgəsinin bir hissəsi üzərində nəzarətdən imtina və sülh planı üzrə referendum keçirmək variantı müzakirə olunur.

Lakin Zelenski özü qeyd edib ki, “pis razılaşmanı” referendumda müzakirəyə çıxarmaq düzgün olmaz.

Sara

NOCOMMENT.az 

Seçilən
16
nocomment.az

1Mənbələr