AZ

ABŞ Azərbaycan strateji tərəfdaşlığı bəzi regional gücləri narahat edir AÇIQLAMA

ain.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycan çoxvektorlu bir siyasət aparmaqdadır. Ölkəmizin 15-dən artıq dövlətlə strateji tərəfdaşlıq müqavilələri var”. 

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. 

Ekspert bildirib ki, ötən ilin aprelində dünyanın ikinci gücü sayılan Çinlə də strateji tərəfdaşlıq haqqında anlaşma imzalandı: 

“Rusiya ilə münasibətlərimizin soyuq olmasına baxmayaraq, bu ölkə ilə də müttəfiqlik razılaşması əldə olunub. Düzdür, Rusiya çox da etibar ediləcək tərəfdaş deyil, amma hər halda belə bir sazişə zərurət yarandı. O cümlədən, Türkiyə və digər türk respublikaları, Avropa dövlətləri ilə çox yüksək səviyyədə əlaqələr qurulub".

Həmsöhbətimiz bildirib ki,  ABŞ siyasi-iqtisadi, hərbi və texnoloji baxımdan dünyanın bir nömrəli hegemon gücü və super dövlətdir: 

"Şübhəsiz ki, ABŞ-Azərbaycandakı strateji tərəfdaşlıq sazişindən məmnun olmayan tərəflər var. Xüsusən, bölgədə maraqları olan, regionda sabitliyin olmasını istəməyən dövlətlər var. Konkret şimal və cənub qonşumuzun bundan narahat olduğunu düşünürəm. Sadəcə olaraq Rusiyanın başı Ukrayna ilə müharibəyə qarışıb, İran isə daxili problemləri ilə məşğuldur”. 

Oqtay Qasımov:  ABŞ-nin Mərkəzi Asiya bölgəsi ilə də ciddi əlaqələri, marağı var

Analitikə görə, ABŞ son 35 ildə Cənubi Qafqazla bağlı mövqeyini ilk dəfə bu qədər açıq formada masaya yatırdı və konkret fəaliyyətə keçdi: 

“ABŞ-nin Ermənistan kimi balaca bir dövlətə 9 milyard dollarlıq investisiya ayırmasını Vaşinqtonun İrəvanı himayəyə götürməsi kimi də dəyərləndirmək olar. Yəni ciddi hadisədir. Nəzərə alaq ki, ABŞ-nin Mərkəzi Asiya bölgəsi ilə də ciddi əlaqələri, marağı var. ABŞ-nin Mərkəzi Asiyada böyük yatırımları var və bu, on milyard dollarlar səviyyəsindədir".

Onun sözlərinə görə, bu, onu göstərir ki, Ağ Ev Cənubi Qafqazı və Mərkəzi Asiyanı vahid coğrafiya kimi görür. Təbii ki, burada Azərbaycanla tərəfdaşlığa və əməkdaşlığa xüsusi önəm verir. Çünki Mərkəzi Asiyanın Cənubi Qafqaz üzərindən Avropaya çıxışını məhz Azərbaycan ərazisindən keçən dəhlizlərlə mümkündür.

Aydın Baxış

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
bakivaxti.az

1Mənbələr