AZ

Montella Türkiyənin Millətlər Liqasında yer aldığı qrup haqda nə dedi?

Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkiyə yığmasının baş məşqçisi Vinçentso Montella Millətlər Liqasının püşkatmasının nəticələrini qiymətləndirib. Xatırladaq ki, turnirin yeni mövsümündə A liqasında oynamağa haqq qazanan qardaş ölkənin komandası Fransa, İtaliya və Belçika ilə birlikdə 1-ci qrupa düşüb. "Football-plus.az" xəbər verir ki, italiyalı mütəxəssis Belçikanın paytaxtı Brüsseldə baş tutan püşkatma mərasiminin ardından bunları deyib:

''Qəribə qrupa düşmüşük. Avropanın bir neçə güclü komandası ilə eyni qrupdayıq. Belə rəqiblərə qarşı oynamaq və bu səviyyələrdə olmaq bizim üçün önəmlidi. 2 il öncə bu işin ilk addımlarını atmağa başladıq. Aşağılardan yüksələrək buralara qədər gəldik. Bu səviyyədə mümkün qədər çox qalmaq istəyirik. İtaliyaya qarşı oyun əlbəttə ki, mənim üçün özəl olacaq. Keçən il onlara qarşı Bolonyada hazırlıq oyunu keçirmişdik. Bu dəfə rəsmi oyunda qarşılaşacağıq. Baxaq görək, necə olacaq. Ancaq indi bizim bütün diqqətimiz martda keçirəcəyimiz oyunlara yönəlib. Bu görüşlər həyati əhəmiyyət kəsb edəcək. Beynəlxalq matçlarda noyabrdan marta qədər 5 aylıq böyük fasilə yaranıb. Bu müddətdə klubları ziyarət edirəm. Eləcə də oyunçuları və onların matçlarını izləyirəm. Bu komandada hər kəs bir hədəfə köklənib. Həm futbolçular, həm də məşqçilər korpusu dünya çempionatında yer almaq istəyir. Hər birimiz bunun həyəcanını yaşayırıq''.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
1
icma.az

2Mənbələr